Samira: “…Yerli televiziya kanallarının təqdimatında izlədiyimiz veriliş və filmlərə baxmağın özü haramdır” - AÇIQLAMA
SİA-ya açıqlama verən Samira islamda müğənniliyin nə dərəcədə düzgün olduğunu dedi: "İslam nöqteyi nəzərindən müğənniliyə müxtəlif cür yanaşırlar. Bəziləri deyir ki, musiqi haramdır. Bəziləri isə avaz oxumağın mümkünlüyündən danışır. O musiqi ki, insanların qəlbinə mənfi emosiyalar gətirmir, bəzi hissləri qıcıqlandırmırsa, musiqinin gözəl olması qənaətinə gəlirəm. Əslində, namaz qılan qadın xanımlar üçün oxumalıdır, avaz deməlidir. Mən bəzən hardasa təsəlli tapıram ki, ifa etdiyim üslubla insanlara xoş təsir bəxş etməyə çalışıram. Bilirsiz, əslində, hazırda yerli televiziya kanallarının təqdimatında izlədiyimiz veriliş və filmlərə baxmağın özü haramdır. Əgər bir veriliş, film və yaxud hansısa sayt insanları uçuruma aparırsa, onlara baxılmamalı, qadağa qoyulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB