Emin Ağalarov və “Eurovision” ulduzları bir səhnədə

Emin Ağalarov və “Eurovision” ulduzları bir səhnədə

Xarici hit-paradları zəbt edən azərbaycanlı müğənni Emin Ağalarov "Eurovision-2011" qalibləri Eldar Qasımov və Nigar Camal və müsabiqənin digər təmsilçiləri Aysel Teymurzadə və Safurə Əlizadə ilə bir səhnəni paylaşacaq. SİA-nın məlumatına görə, 9 iyun tarixində keçirilən konsert çərçivəsində Nardaranda yerləşən "Sea breeze" istirahət mərkəzinin açılışı da olacaq.

Adıçəkilən müğənnilər repertuarlarında olan ən gözəl mahnıları ifa edəcəklər. Emin Ağalarov isə yeni mahnılarını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə