Şou-biznes əhli “Təmir menyusu”nda- FOTO

Şou-biznes əhli “Təmir menyusu”nda- FOTO

Safura Əlizadə, Natəvan Həbibi, Samir Cavadzadə, Emin Bədəlov, Arzum Xəlilova, Niyam Səlami, Xatun, Samira, "Next" qrupu, "Qala" qrupunun üzvü Ceyhun, stilist Samir Əliyev, DJ Çina, və Lider telekanalının Lamiyə Ələkbərova, Zabir Əliyev, Zemfira Adigözəlova, Novruz, Murad kimi məşhur aparıcıları... Adıçəkilən simalar Lider TV-nin yeni layihəsi olan "Təmir menyusu" verilişinin təqdimat mərasimində toplaşıblar. SİA-nın məlumatına görə, gecənin aparıcılıq missiyasını öz üzərlərinə elə yeni verilişin layihə rəhbəri və aparıcısı Elçin və "Qızıl Pillə" verilişinin cazibədar aparıcısı Zemfira götürüb.

Mərasimin digər bir hissəsi eyniadlı jurnalın ilk sayının buraxılışına həsr olunub. Belə ki, "Təmir menyusu" tək veriliş deyil, jurnal şəklində də çap olunacaq.

Məlumat üçün bildirək ki, jurnalın layihə rəhbəri Emin Abbasov, baş prodüsseri Elcin Qorçuyev, baş redaktor Zabir Eliyev, fotoqraf Ulvi Daşdəmirli, dizayner Elçin Qorçuyev və Samir Vahidovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə