Hazırda Azərbaycan şou-biznesinin tanınmış stilistləri müğənnilərə
nisbətən daha çox gündəmdədirlər. Müğənniləri tənqid atəşinə tutan növbəti
stilistlər sırasına Perviz də aiddir. SİA-ya
açıqlama verən stilistin sözlərinə görə, onunla rəqabət aparmaq çətin məsələdir:
"Mən rəqabətdən çıxmış stilistəm. Mənə batmaq çox çətindir. Bir hadisə
olmuşdu. Bir xanımın toyu idi, gedib tanınmış bir stilistin yanına, soruşub ki,
Pərviz indi harda işləyir? O stilist də qayıdıb ki, Pərviz kimdi, tanımıram.
Halbuki, onunla dost kimiyik. Məlumdur ki, gəlini əlindən qaçırtmamaqçün belə
deyib. Amma məndən soruşsaydılar, elə deməzdim. Bir də ki, ruzunu Allah verir".
"Deməli, qırğın həm də gəlinlərin üstündə gedir. Ona görə hamı keçib gəlin
bəzəməyə?" sualına Pərviz belə cavab verdi: "Ondan danışmayın. Efirlərdən
ustaların işlərini izləyirəm. Gülməkdən keçib artıq, vəziyyət ağlamalıdır. Qara
saçın üstündən sarı hörük görürəm, qapqara kölgəli gözün üstündə zər görürəm.
Mən fikirləşirəm ki, o vizajist yüz faiz makiyajı yaxşı etməyib ki, qüsurunu
zərlə, parıltı ilə ört-basdır edir. Qeyri-adi saç düzümü o deyil ki, başı
qazan kimi yığmalısan. Ya üstündən sarı hörüklər, səbət qoymalısan, gözün
üstünə 5 rəng vurub, üstündən də zər tökməlisən. Amma elə düzüm istəyənlər də
olur. Hansı qız başında səbət, meyvə, gözündə zər, quş istəyirsə, gənc yaşında özünü
yaşlı qadına bənzətmək istəyirsə, getsin o stilistin yanına. Zövqlü, elit təbəqə sadə, təravətli, adi makiyaj
istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB