Azərbaycanlı aparıcı müğənniləri oxuya bilməməkdə suçladı- QALMAQAL

Azərbaycanlı aparıcı müğənniləri oxuya bilməməkdə suçladı- QALMAQAL

Lider TV-nin efirində yayımlanan "Rəngrəng" verilişinin aparıcısı Zaur Nəbioğlu yerli şou-biznesdə olan bəzi müğənniləri oxuya bilməməkdə suçladı. SİA-ya açıqlama verən Zaur hətta onların adlarını da çəkdi: "Elariz Məmmədoğlu. Sonra Günel Ələkbərova ("Pişik" Günel). Əslinə qalsa, münasibətimiz normaldır, məncə o, müğənni yox, aktrisa olmalı idi. "Saqqız" Eminin qız fanatları çoxdur, amma o da oxuya bilmir. Namiq Qaraçuxurlu isə yaxşı meyxanaçıdır, amma müğənni deyil. Yeri gəlmişkən, onun meyxanaçı kimi bir ordu fanatı var idi. Amma o, Aygün Kazımova ilə mahnı duetləri oxuyandan sonra fanat ordusu çox azaldı. Nəzərə alaq ki, Namiq və Aygün cütlüyü ayrılıqda hərəsi bir tanınmış simadır. Elza Seyidcahan məncə, oxumaqdansa əndrabadi paltarları və qeyri-adi layihələri ilə ancaq maqazin verilişlərində olsa yaxşıdır..."

Bütün xəbərlər Facebook səhifəmizdə