Əli Mirəliyev: “Məni toylara aparmırlar”- AÇIQLAMA

Azərbaycan şou-biznesinin ən qalmaqallı müğənnəsi Əli Mirəliyev yenidən od püskürdü. Həmkarlarını tənqid atəşinə tutan Əli Mirəliyev də cavabsız qalmır. Həmkarları iddia edir ki, Əli odlu çıxışları ilə gündəmdə qalmaq və toy \"tutmaq\" istəyir. SİA-ya açıqlama verən müğənninin sözlərin görə, o, toy müğənnisi deyil: "Heç toy müğənnisinə oxşayıram? Məni toylara aparmırlar. Bir-iki toy olur, dost-tanışın, ora gedirəm. Hamısı açıb qulaqlarını eşitsin, mən hər şeyi düz deyirəm. 62 yaşım var, kiminsə adını çəkib gündəmdə olmaq istəmirəm. Mənim sənətim var. Səməd Səmədov aparatura daşıyan olub. Elza \"ha-ha-ha-dan\" başqa nə bilir, heyvanlar başa düşdü onun oxumağını. İzzət Bağırov heç oxuya bilmir. Baloğlanın mahnıları mənim səviyyəmə uyğun deyil. Xalq qəbul edir. Mən ürəyimdə qəbul etmirəm. Eyyub Yaqubova da dəfələrlə demişəm, erməni stilində oxuyursan. Olmaz, Eyyub. Dedi: Əli müəllim, başqa cür oxuya bilmirəm. Boğaz etməsəm, məni toylara heç kim aparmaz. Şəxsən mənim özümə dedi. Səməd Səmədov əməkdar artist ola bilər, mənim gözümdə aparatura daşıyandır. Azərbaycanın himnini bilməyən necə əməkdar artist ola bilər? Deyir ki, mən rus dilində oxumuşam. Düz-əməlli Azərbaycan dilini bilmir. Məndən də üç yaş böyükdür. O vaxt gəlib oturardı, Azərbaycan Dövlət Televiziyası qoyardı oxumağa? Sadəcə şansı var ki, toylara gedir, oxuyur. Toylara da erməni dilində oxuyanları çağırırlar. Brilliant Dadaşova da oxuya bilmir. Mən toy aparanda gəlib oturardı öyrənmək üçün".

Bütün xəbərlər Facebook səhifəmizdə