"Göyçək" Fatima ləqəbi ilə tanınan rəqqasə Fatimə Fətəliyeva uzun illərdir oynadığına baxmayaraq zəhmətləri hələ də qiymətləndirilmir. Yəqin ki, Fatimənin ürəyindən keçir ki, təqdim edəndə "Çıxış edir Azərbaycanın əməkdar rəqqasəsi" desinlər. SİA bu məsələ ilə bağlı Fatiməyə müraciət edərkən o, xeyli fikrə getib sonra cavab verdi: "Təbii ki... Çünki mən, Azərbaycanın bölgələrini qarış-qarış gəzən bir rəqqasəyəm. Bu gün döyüş gedən zonalarda, əsgərlərin qarşısında, təmənnasız çıxış edən məhz mənəm! Mən həmən rəqqasəyəm ki, bunu borc bilib etmişəm. Amma bu gün bizim elə rəqqasələrimiz var ki, belə hadisələrdən heç xəbərləri yoxdur. Mənə qarşı haqsızlıq olur. Belə halları görəndə üzümü döndərib getmək istəyirəm, amma gedə bilmirəm. Çünki mən rəqslə yaşayıram. Amma insana təsir edir.
Mən hətta keçən il buna görə qəzaya düşmüşdüm. Tərtər rayonunda əsgərlərə konsert verdikdən sonra qayıdarkən yolda dəhşətli qəzaya uğradıq. Tək deyildim, həmkarım İlham da bizimlə idi. Allah bizi saxladı. Çünki mən vətənim üçün təmiz niyyətlə getmişdim. Allahın mənim balama və anama yazığı gəldi. Ancaq özümə qarşı bir az da diqqət görsəm, daha da həvəslənərəm. İnsan gərək stimul alsın ki, irəli getsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB