Əmədar artist Sənubər İsgəndərli ilk sevgisindən söz açdı. SİA-ya danışan teleaparıcı maraqlı açıqlama verdi: "5 yaşında – bağçaya getdiyim zaman. "Alik" deyə çağırardılar o oğlanı. Onunla bərabər rəqs etdiyimiz yerdə şəklimiz də var. O vaxtlar bilmirdim ona olan hissimin adı nədir. Sadəcə, onsuz darıxırdım, onu görməyəndə kaprizlərim tuturdu, onun oturduğu yerdə oturmağa çalışırdım, onun qaşığını əlindən alıb, özüm istifadə edirdim. Siz buna sevgi də deyə bilərsiniz, uşaqlıq duyğusu da. Lakin bu hissin ömrü məktəbə qədər sürdü və bağçadan ayrıldıqdan sonra hər birimiz ayrı istiqamətlərdə yeni həyata başladıq. Əslində, aradan uzun illər keçdikdən sonra mən onun adını və yaşadıqlarımızı xatırlayıramsa, deməli, unudulmayıb. Bəlkə də bu, sevgi deyildi, sadəcə ilk dəfə əks cinsə olan maraq idi".
"Əsl sevgi saydığınız hissin dadına ilk dəfə nə zaman duydunuz?" sualına Sənubər xanım belə cavab verdi: "17 yaşında. Orta məktəbi yenicə bitirmişdim. O oğlan tamam başqa sferadan idi. Nə qohumum, nə qonşum, nə məktəb yoldaşım, nə də tanışım idi. Qohumlardan birinin nikah mərasimində tanış olduq və onu sevdim. Sonradan biz evləndik və bir qızımız dünyaya gəldi. Yəni, söhbət keçmiş həyat yoldaşımdan gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB