Müğənnilərin özlərini bəyəndiyi bir zamanda tanınmış müğənni Arzu Rzayev öz ifasından razı deyil. O, oxuduğu mahnıların "sözün tam mənasında mahnı adlandırılmasının" mümkün olmadığını etiraf edib. SİA-ya açıqlama verən müğənni belə deyib: "Lakin təəssüf ki, həyatda bəzən insan istəmədiyi işlə məşğul olmalı olur. Mən daha çox xaricdə yaşayan həmvətənlərimiz üçün oxuyuram. Mən onlara məsələn, Azərbaycandan çox xaricdə konsertlər verən Alim Qasımov qədər gərəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB