“Burada və indi”nin “Keyxanımı”: “Yolda məni qucaqlayıb març-murçla öpürlər”- AÇIQLAMA
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası Ülviyyə Əliyeva daha çox Keyxanım ləqəbi ilə tanınır. Bəs, görəsən, komediya janrını məharətlə ifa edən aktrisaya Keyxanım deyə müraciət edərkən onun xətrinə dəymir ki? Ülviyyə elə bu məsələ ilə bağlı SİA-ya açıqlama verdi: "Mənə birbaşa Keyxanım yox, deyirlər ki, \"siz Keyxanımı oynayan aktrisasınız\". Belə baxanda, bizim oxşar cəhətimiz də var. İnsanları yadımda saxlaya bilmirəm. Bəzən yolda məni qucaqlayıb març-murçla öpürlər, amma yadıma sala bilmirəm ki, bu insanı haradan tanıyıram. Sadəcə, gülümsəməklə yola verirəm. Bundan başqa, digər oxşar cəhətimiz odur ki, kimsə qulağıma xəlvət nəyisə desə, him-cimlə başa salmaq istəsə - başa düşmürəm. İşarədən qanmıram. Səhnədə çox ayığam, hər incə detala diqqət yetirirəm, təəssüf ki, bu diribaşlığım həyatda yoxdur".
Görəsən, aktrisanın "Burada və indi" verilişində etdiyi zarafatlardan inciyən var: "Zərrə də olsun heç kim incimir. Hamı bilir ki, bizim zarafatlarımız çox safdır, içimizdə kin, qurdluluq yoxdur. Bizim zarafatlarımız çox səmimi olur. Bəlkə kimlərsə elə fikirləşir ki, biz burda "pambıqla baş kəsməklə" məşğuluq. Ancaq qətiyyən elə deyil. Biz sadəcə, hamının bildiyi bir şeyin əsasında zarafatlarımızı qururuq. Verilişə qonaq olanlar bilirlər ki, zarafatlarımızı pis niyyətlə qurmuruq. Bunlar dostluq şarjlarıdır. Qonaqlarımız hara gəldiklərini gözəl bilirlər. Allaha şükür olsun ki, verilişlərimizə gələnlərin əksəriyyətinin də yumor hissi çox yüksəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB