Aybəniz Haşımova: “Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb...” -AÇIQLAMA
Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova bir çox layihələrin təşəbbüskarı olub. Bəs, görəsən, Aybəniz xanımın musiqi layihələrinə münasibəti necədir? Müğənni elə bu məsələ ilə bağlı SİA-ya danışdı: "Fikrim odur ki, əgər gənc ifaçının səs potensialı, imkanı varsa, o televiziyalarda çıxış etməlidir. Amma ara-sıra deyil, mütəmadi olaraq gözəl səsli insan daima tamaşaçılara təqdim olunmalıdır. Tamaşaçılar da ölkədə kimin olduğunu tanısın. Bilirəm ki, yaxşı jurnalistlərimiz var ki, Azərbaycan musiqisinə düşmən kimi yanaşmırlar. Onlar Vətənini sevərək düzgün tərəfdən yanaşmağa və onu işıqlandırmağa çalışırlar. Sizin sevginiz, dəyəriniz olmasa, milli musiqinin təmsilçisinə dəyər verib mədəniyyət tədbirlərində iştirak edərdinizmi? Bu, onun bariz nümunəsidir ki, siz ətrafımdasınız.
Mənim özümün nə qədər kliplərim var. "Vətəndən pay olmayır" klipi... Bu, klip müharibə şəraitində yaşayan bir ölkə üçün çox vacib olan kinoxronikadan biridir. Klip yalnız torpaqlarımızın işğal olunduğu günlərdə efirə verilir. Mənə elə gəlir ki, bu, düzgün deyil. Hal-hazırda sabahımız həmin musiqi ilə açılmalı, gecəmiz də həmin musiqi ilə bağlanmalıdır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb... Bu layihəni hazırlayıb ortaya çıxarmışam. Bu klipdə elə də adamkəsən, qantökən kadrlar yoxdur. Sırf vətənpərvər motivli "Ana məni çağırır!", "Vətən məni çağırır!" şüarı altında çəkilən klipdir. Özü də gənclərin - "Bülbüllər" qrupunun dilindən oxunur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB