İlhamə Qasımova: “Mənim o müğənninin səviyyəsinə çatmağıma çox var”- MÜSAHİBƏ
- İlhamə birdən-birə parladı. Qısa zaman kəsiyində olsa da tamaşaçılar tərəfindən sevildin. Səncə bu uğurda İlhamənin rolu çoxdur, yoxsa onu səhnəyə hazırlayanların?
- Mənim istedadım var idi. Bu istedadı üzə çıxardılar. Əlbəttə, mənim üzərimdə böyük əmək sərf olundu. Zəhməti olanların əməyini heç vaxt unutmaram.
- Səhnə fəaliyyətində "Yeni Ulduz"u tramplin sayırsan?
- Sözsüz. Mən "Yeni Ulduz"da yetişmişəm. Düzdür ondan əvvəl də müsabiqələrə qatılmışam. "Bakı Payızı" müsabiqəsində iştirak etmişəm. Amma "Yeni Ulduz" mənim sənətdə uğur qazanmağım üçün sıçrayış oldu.
- Özünü kimin yetirməsi hesab edirsən?
- Əlbəttə ki, Mübariz Tağıyevin. Onun mənim üzərimdə zəhməti böyük olub. Mən fəxr edirəm ki, Mübariz Tağıyevin yetirməsiyəm.
- Hərdən səni Selin Diona da oxşadırlar. Olmaya, şou-biznesdəki müğənnilər kimi sən də özünə ad qoymusan?
- Yox, qətiyyən. Mənim adıma Selin Dion əlavə edilməsini istəmirəm, çünki məni ona bənzədəndə çox əsəbləşirəm. Ona görə yox ki, mən bu müğənnini bəyənmirəm. Sadəcə olaraq mənim o müğənninin səviyyəsinə gəlib çatmağıma çox var. Səhnədə özüm olmaq istəyirəm.
- Səncə avropalıları necə təəccübləndirmək olar? Yəni, səs əsasdır, performans, yoxsa xarici görkəm?
- Avropada texnika o qədər sürətlə inkişaf edib ki, orda hansısa tryukla tamaşaçını ələ almaq çətin məsələdir. Sadəcə, gözəl bir şou ilə Avropa tamaşaçısının diqqətini cəlb etmək olmaz. Gözəl görüntü də olsa, bu vəhdət tamamlanar. Məsələn, uçaraq səhnəyə daxil olmaq və sair.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB