Azərbycanın məşhur və qalmaqallı müğənnisi Rəqsanə İsmayılova həmkarı Xatirə İslamdan söz açdı. SİA-ya açıqlama verən Rəqsanənin sözlərinə görə, onun Xatirə ilə münasibəti korlanıb: "Xatirə mənimlə çox pis danışdı. O, iddia etdi ki, mən onun dalınca danışmışam. Mən heç bilmirəm söhbət nədən gedir. Guya biz hər hansı bir zarafat eləmişik və mən Xatirədən nəsə demişəm. Mən heç vaxt heç kimin dalınca danışmamışam. Bu, mənə lazım deyil. Bunu ona görə deyirəm ki, bilirəm, Xatirə bunu oxuyacaq. Demək istəyirəm ki, mən həyatda çox əzablar görmüşəm. Mən gördüyümü Xatirə heç vaxt görməyib, Allah heç qismət də eləməsin. Ona sadəcə xoşbəxt ailə arzu edirəm. Bildirmək istəyirəm ki, mən heç kimdən qorxmuram. Bir Allahımdan qorxuram. Allahdan sonra ölümdən qorxurdum. Amma bu ağrılarım olandan, bu əzablara düşəndən sonra isə heç ölümdən də qorxmuram. Yadımdadır ki, bir neçə il öncə Xatirə bizə qonaq gəlmişdi və çox gözəl bir yataq örtüyü gətirmişdi. Aysun da onu çox bəyəndi. Dedi, mama saxla, mənə cehiz verərsən. Aysun qoymadı onu işlədim. İndi də o bizdə evdədir, Aysuna saxlamışam. İndi Xatirə mənə deyir ki, sən evində işləyən qıza demisən ki, Xatirə evimə gəlib özü də xoşuma gəlməyən bir \"pakrıval\" gətirib. Sonra deyir ki, guya mən Moskvada oturub, ondan danışıram. Bunları mənə telefonda qışqıra – qışqıra deyir. Mən də ona cavab verdim ki, "Xatirə, səndən nə suyum gəlir, nə də çörəyim. Nə də səndən qorxum yoxdur. Mən haqq-ədalət tərəfdarıyam. Demişəm? O dediyim adamı gətir, sübut elə". Amma mən danışmamışam axı. Onun haqında danışmaq heç mənə maraqlı da deyil. Mənim ona qarşı hər zaman xoş münasibətim olub. Ancaq o mənimlə elə bir tonda danışdı ki, məcbur qalıb, mən də qışqırdım.
Mən ad çəkmək istəmirəm. Amma mənim bir müğənni xanımla münasibətim pozulub. Moskva şəhərində həmin müğənninin bacısı mənə yaxınlaşıb dedi ki, sizin aranızı Xatirə vurub. Amma mən kinli insan deyiləm. O müğənni ilə Moskvada toyda idim, yanımda musiqiçilərim də var idi. Gördüm həmən o xanım müğənni mənim musiqiçilərimlə oxumaq istəyir. Mən ona şəraiti yaratdım. Xoşum da gəlir onun oxumağından. Musiqiçilərimə dedim ki, o xanım nə qədər oxuyacaqsa, onu müşayiət edin. Amma mən bunu etməyə də bilərdim! Heç qayıdanda Xatirəyə heç nə demədim. Mən söz dalınca gedən olsaydım, Xatirəni də tapardım, məsələni də həll edərdim. Ondan sonra da üz-üzə gəlmişik. Amma mən heç nə olmamış kimi salamlaşdım. Bu söhbətlər nəyə lazımdır axı? Həyat müvəqqətidir. Belə şeylərlə biri-birimizin könlünü bulandırmayaq. Əgər mən onun haqında nəyisə danışmışamsa, qoy Allah görk eləsin".
Müğənni daha bir həmkarı olmadığı həmkarının da adını çəkdi: "Mənim İradə İbrahimova ilə münasibətim yoxdur. Ancaq Nigarı çox istəyirəm (İradə İbrahimovanın bacısı və prodüseri). Amma eşitdim ki, onun atası rəhmətə gedib, gedib başsağlığı verdim. Mən beləyəm, kin saxlaya bilmirəm. Özü də adım qalmaqallı çıxsa da, mən davadan qorxan adamam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB