Azərbaycanın tanınmış rep ustası Anar Nağılbazın da ətrafında şayiələr gəzir. SİA-ya sızan xəbərə görə, Anar rep sənəti ilə birdəfəlik vidaşalıb. Məsələ ilə bağlı reperlə əlaqə saxlayıb. Məsələyə aydınlıq gətirmək istədik: "Yox. Sadəcə, ailə qurandan sonra həyatım haqda daha ciddi düşünməyə başlamışam. Bilirsiz, son illər çox ailəcanlı olmuşam. Bunu atamdan öyrənmişəm. Efirdə görünməməyimin səbəbi biznesimlə bağlıdır. Kiçik bir kafem var. Bundan başqa, bir neçə fermer təsərrüfatına aid olan xırda işlərlə məşğulam. Kənd təsərrüfatı sahəsindəki işlərimi, şübhəsiz, genişləndirəcəyəm. Bütün bunlar mənim kiçik addımlarımdır. Rep sənətinə olan yanğım heç vaxt səngimir. Bu işimlə hələ də məşğul oluram. Bir neçə filmdə kiçik rollarda çəkilmişəm. Seriala çəkilmək təklifi də almışam. Hətta həmin filmlər arasında mahnılarını işlədiklərim də var. Bəzi region televiziyalarının musiqi tərtibatı da mənim üzərimdədir. Şübhəsiz ki, rep və bəstələrimi hələ tərgitməmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB