Sevda Ələkbərzadə: “Konsert zamanı zalda milçək uçarsa...” -AÇIQLAMA
Bizim tamaşaçı bir qədər tələbkardır və ifaya tənqidi yanaşır, ona görə ki, doğma bir ifanın sintezini eşidir. Əcnəbinin eşitdiyi isə yad bir ölkənin musiqisidir. Bu səbəbdən ifalar arasında fərqlilik yaratmaq zərurəti olur. Elə bu sualla müğənni Sevda Ələkbərzadəyə müraciət etdik.
SİA-ya açıqlama verən Sevda xanım məsələyə özünə məxsus şəkildə yanaşdı: "Əslində Avropa tamaşaçısı da tələbkardır. Konsert zamanı zalda milçək uçarsa səsi eşidilir. Onların musiqi informasiyası genişdir. Məsələyə bir qədər başqa tərzdən yanaşaraq, Azərbaycana gələn əcnəbi musiqiçilərdən danışmaq istəyirəm. Bizdə daha çox türk və kürd musiqiçilər konsertlər verirlər. Adı bizə tanış olan əcnəbi musiqiçilər bura az hallarda gəlirlər. İldə bir dəfə isə caz festivalı keçirilir. Avropanın konsert səhnələrində isə dünya ulduzları çıxış edir, sanballı festivallar keçirilir, orada məşhurların albmoları satılır, keyfiyyət üstündür. Bu səbəbdən də informasiyaları genişdir və orada mənim konsertimə də gələn insan konsertin keyfiyyətini anlaya bilir. Bizdə isə türk və kürdlərin musiqisini dinləyən tamaşaçı caz festivalına maraq göstərmir. Çünki o, bu mühitin tamaşaçısı deyil. Eyni zamanda, bizim tamaşaçı avropalıdan fərqli olaraq, yalnız ifaya aludə olmur. Eyni zamanda səhnəni, müğənnini gözdən keçirir. İfaçının nə geyindiyi, hansı tərzdə olduğu onun üçün maraqlıdır. Bundan başqa masada əyləşən tamaşaçı yanında oturduğu insanla dialoq qurur, həmçinin süfrədəki təamlara biganə qalmır. Lakin avropalı bütün bu göstəricilərin fonunda səni elə sakitliklə dinləyir ki, burada məsuliyyət birə-beş artır".
Sevda xanım həmçinin fərqli tamaşaçılar qarşısında çıxış etməkdən də söz açdı: "Yox qıcıq yaratmır. Mən öz publikamızı çox sevirəm. Filarmoniyadakı konsertimdə o qədər sakit bir publikanın qarşısında çıxış edirdim, bu da mənim üçün bir məsuliyyət idi. Ola bilsin bu, orada masaların olmamasından irəli gəlib. Bir məqamı qeyd edim ki, mən 18 ildir səhnədəyəm və tamaşaçım məni çox yaxşı tanıyır. Lakin avropalı üçün mən yeniyəm və daha maraqlıyam. Hər bir konsertimdə dəfələrlə məni səhnəyə qaytarırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



