Azərbaycanın tanınmış rəqqası İlham Kərimli yeni klip çəkdirib. SİA-ya açıqlama verən rəqqasın sözlərinə görə, klipdə o, Azərbaycan, ispan, hind və bir çox xalqların milli rəqslərini ifa edib. Hər bir rəqsi öz milli geyimdə oynayan İlham klipdən ağızdolusu danışıb.
Klipin rejissoru Zabir Əliyev operatoru isə Yaşar Yaqubdur.
Qeyd edək ki, rəqqas da bəzi müğənnilər kimi klipini ilk olaraq "Youtube" saytında yerləşdirib. Bundan öncə xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Roza Zərgərli, Günay İbrahimli və reper Miri Yusif də klipinin ilk təqdimatını məhz internet vasitəsi ilə etmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB