Azərbaycan şou-biznesinin ən qalmaqallı siması olan "Əjdaha" ləqəbli müğənni Nadir Qafarzadə həmkarlarından söz açdı. Hər zamanki kimi bir sözü ilə yerli şou əhlini silkələyən Nadir yenidən coşdu. SİA-ya açıqlama verən müğənni yenidən həmkarlarını "sabun" adlandırdı: "Bir müddət əvvəl mən bəzilərinin sabun köpüyünə bənzədiyini deyəndə əslində qürurdan danışırdım. Niyə biz başqa millətin ulduzları kimi qürurlu ola bilmirik? Ona görə də bizdə sabun köpüyünə bənzəyənlər çoxdur. Bunu qorxmadan deyirəm. Hər şeyimiz, şükür Allaha, var - amma hamının qarşısında əyilirik. Mən bu cür insanlara nifrət edirəm. Hər zaman da onlara müxalif olmaqda davam edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB