Məşhur aktyorun 1,8 milyonluq təkərüstü evi -FOTOSESSİYA

Məşhur aktyorun 1,8 milyonluq təkərüstü evi -FOTOSESSİYA

Hazırda Nyu-Yorkda Hollivud istehsalı olan "Qara geyimli insanlar" ("Люди в Черном") filminin üçüncü hissəsi çəkilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, filmin baş qəhrəmanları sevilən aktyorlar Vill Smit və Tommi Li Consdur.

Çəkiliş zamanı bütün aktyorlar mehmanlara yerləşsələr də baş qəhrəman Vill Smit onlardan fərqləndi. Belə ki, o, şəxsi təkər üstündə olan iki mərtəbəli evini gətirib.

Təkərin üstündə olan evdə məskunlaşan Vill çox rahat yaşadığını deyir. Əslində onu başa düşmək o qədər də çətin deyil. Çünki evdə hər şey lüks şəraitindədir. Evdə idman zalı, istirahət otağı, hamam otağı və yaxşı yaşamaq üçün bütün şərait var.

Qeyd edək ki, təkərüstü evin qiyməti 1,8 milyondur.

Bütün xəbərlər Facebook səhifəmizdə