“Cadu, din, siyasət... aləm dəyib biri-birinə”- FOTOSESSİYA

“Cadu, din, siyasət... aləm dəyib biri-birinə”- FOTOSESSİYA

Son zamanlar dünyanın dağılacağı barədə bir çox proqnorlar verilir. Bəzi alimlərin fərziyələrinə görə, dünya artıq dağılmalı idi. Hər dəfə yeni bir rəqəm söyləyən şəxslər insanları təlaşa salmaqdan başqa heç nə etmirlər.

SİA məsələ ilə bağlı Azəbaycanın tanınmış öncəgörücüsü, caduçevirən Yeganə Zeynalovaya müracət etdi: "Dünyanın dağılması mümkün deyil. Allaha qurban olum, o, sadəcə insanlara dərs verir. Heç kim yalandan tarix hesablayıb, boş vədlər verməsin. Dünyanın dağılması o deyil ki, torpaq ayrılsın və millət yerə girsin. Deyirlər guya bu hesablama müqəddəs kitablarda yazılıb. Amma yox, yalan sözdür. Mən hər zaman demişəm ki, müqəddəs kitablar, başda təbii ki, Quran olmaqla, bir möcüzədir. Bu, gözəllik və saflıqdır. Bundan başqa yollarla istifadə etmək olmaz. Kimlərinsə aparıcı ölkələrdə çıxıb camaatı yalandan təlaşa salması gülüncdür. Bir çox kanallarda, internet səhifələrində izləyirəm ki, dünya dağılmaq təhlükəsi ilə üz-üzədir. Amma mən Zeynalova Yeganə Ələkbər qızı deyirəm ki, dağılmayacaq! Dağılacaq o yerlər ki, Allaha zidd gedərlər".

Yeganə xanım bəzi böyük qüvəllərdən də söz açdı: "Heç bir qüvəllər yoxdur. Qurban olum Allaha, bu, boş söhbətlərdir. Kimə vergi verilirsə, gördüyünü deməlidir. Mən gözümlə görüb, qulağımla eşidib deyirəm ki, filan şey olacaq. Hər dəqiqənin bir hökmü var. Mən hər zaman demişəm ki, İslam oyuna qoşula bilməz. Çünki o, müqəddəsdir. Onu bayraq edib, müharibə etməzlər. Allah indi görk edir ki, insanlar başa düşsün. Çünki o demək istəyir ki, insanlar düzəlsin. Axı zamanında Peyğəmbərlərimiz bu müsəlman davasına görə qırıldılar, eləməyin belə. Həyat bir oyundur. Bu oyunda siyasət ayrı, din isə ayrıdır. Ancaq indi hamısını qarışdırıblar biri-birinə. Nə bilim, cadu, din, siyasət... aləm dəyib biri-birinə. İndi baxıcılar durub siyasətdən danışır. Moskvadakı baxıcılar ölkənin daxili siyasətini müzakirə obyektinə çeviriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə