Müğənnilərimizə diplom və fəxri fərmanlar təqdim olunub- FOTOSESSİYA
Azərbaycanlı sənətçilər Ədalət Şükürov, Lalə Məmmədova, Roza Zərgərli, "Şeron" qrupu və başqaları İdman Olimpiya kompleksində keçirilən kempo-karate və kobudo üzrə "Sərhədçi" dünya çempionatında iştirak ediblər. SİA-nın məlumatına görə, idman sahəsində göstərdikləri diqqət və qayğıya görə, müğənnilərimizə diplom və fəxri fərmanlar təqdim olunub.
İki günlük yarışda müxtəlif çəki və yaş üzrə yaşlı, gənc və yeniyetmələrdən ibarət qadın və kişilər mübarizə aparıblar.
Qeyd edək ki, çempionatda 16 ölkə üzrə 100 idmançı yarışıb. Onların sırasında Ukrayna, Rusiya, Macarıstan, İran, Polşa, Gürcüstan və s ölkələrdən gələn nümayəndələr də olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB