Namiq Qaraçuxurlu: “İnsanlar haqlı olaraq “mən müğənni xanımla ailə qurmaram”- söyləyirlər”- MÜSAHİBƏ

Namiq Qaraçuxurlu: “İnsanlar haqlı olaraq “mən müğənni xanımla ailə qurmaram”- söyləyirlər”-  MÜSAHİBƏ

Azərbaycanın tanınmış meyxana ustası, müğənni Namiq Qaraçuxurlunun Səs İnformasiya Agentliyinə müsahibəsi:

- Əvvəllər xarici görünüşünüz fərqli idi. Ancaq xalq artisti Aygün Kazımova ilə yollarınız birləşəndən sonra görkəminizdə müəyyən dəyişikliklər oldu. Ardınca bir çox insanların müzakirə obyektinə çevrildiniz. Bundan sonra nə etmək fikriniz var?


- İnanmıram ki, görkəmimdə elə bir dəyişiklik edim. Çünki 32 yaşımın olması buna imkan vermir. Hazırda gördüyünüz kimi saçlarımı bir az keçələ bənzəyir. Bu yeni imicimdir. O vaxtlar elə bir dövrüm idi ki, "Next" qrupunun uşaqları kimi saçımı uzadardım, qısaldardım və s. Amma hazırda elə bir dövrümdür ki, gördüyünüz kimi qalmaq istəyirəm. Ola bilsin ki, qarşıdaki illərdə cavanlaşdım və dəyişikliklər oldu. (gülür) Ancaq güman etmirəm ki, görünüşüm dəyişsin.

- Hazırda Aygün Kazımova ilə münasibətiniz nə yerdədir?

- Aygün xanımla münasibətim çox gözəldir. Hazırda yeni mahnı-duet üzərində çalışırıq. Az vaxt ərzində yeni duetlə tamaşaçıların qarşısına çıxacağıq.

- Namiq, artıq neçə ildir ki, müəyyən etaplar keçərək öz adınızı brendə çevirmisiniz. Maraqlıdır, keçmişdən bu günə kimi Namiqin itirdiyi və qazandığı nə olub?

- Düşünürəm ki, heç nə itirməmişəm. Amma böyük miqyasda yanaşsaq, ailə qurmamışam. Bu və başqa məsələlər də var ki, hamısı incə məqamlardır. Amma o qədər maddi və mənəvi qazancım olub ki, onların qarşısında illəri itirmək gözə görünmür. Çox qazanmışam və bu qazancım sayəsində ağılla-başla hər hansı söhbətə düzgün qərarımı verə bilirəm. Demək olar ki, heç nə itirməmişəm.

-Yenidən ailə qurmaq fikiriniz var?

- Təbii ki, ailə quracağam. Amma hələ ki, bu barədə yox deyirəm.

- İkinci dəfə Azərbaycan xanımıyla, yoxsa əcnəbi xanımla ailə quracaqsan?

- Bu, qəlb-könül məsələsidir. Əslində, birinci növbədə məni başa düşən bir xanım olmalıdır. Düzünü desəm, dost məclislərinə, tədbirlərə gedəndə ətrafa göz gəzdirirəm. Amma hələ ki, qarşıma istəyimə layiq olan bir xanım çıxmayıb. Yaşıma görə, narahat deyiləm. Çünki biz ailədən danışırıqsa, yaşımı nəzərə alıb tez ailə quraram və sonra ailəm müəyyən vaxtdan sonra dağıla bilər. Ona görə də ailə qurmağa tələsmirəm.

-Bir çox məşhurlar öz nigahlarını mediadan gizlədirlər. Hətta həyat yoldaşılarının efirlərdə, internet səhifələrində görünməsinə mane olurlar. Bəs, siz necə, toyunuzda KİV-in iştirakına icazə verəcəksiniz?

- Əslində ailə qurmağım gizli olacaq. Elə müğənnilər var ki, ailəsində dava-dalaş, söz-söhbət olur. Amma səhnəyə çıxıb ailəsində hər şeyin yaxşı olduğunu deyir. Mən o cür ailə qurmaq istəmirəm. Fikirləşirəm ki, şou-biznesdə kişi və qadın müğənniləri ailə məsələlərində başqa bir şeyə təsir göstərir. Söhbət insanların müğənnilərə olan baxışından gedir.

- Siz necə baxırsınız bizim müğənnilərə?

- Xanım müğənnilərimiz inciməsinlər! Bəzən bəzi xanım müğənnilərimiz elə hərəkətlər edirlər ki, onu mən bilirəm. Hansı ki, efirlərdə onlardan müsahibə alan zaman fikirləşərsən ki, onun min metrə yaxınına yaxınlaşa bilməzsən. Amma həmin müğənnilər səhnə arxası elə şeylər edirlər ki, insanlar da haqlı olaraq "mən müğənni xanımla ailə qurmaram"- söyləyirlər. Bizim namuslu-qeyrətli xanım müğənnilərimiz də var. Amma bəzi müğənnilərimiz də var ki... Əslində onlar müğənni deyillər, onlar elə həmin adamdırlar. Sadəcə olaraq, müğənni olublar. Yəni normal insandan düşüncə baxımından aşağı səviyyədə olan insanlardırlar. Gərək hər bir insanın əqidəsi olsun. Elə kişi, yaxud qadın müğənniləri var ki, onlar üçün pul-para, bahalı hədiyyələr, bugünki həyat tərzi maraqlıdır. Amma elə xanım müğənnilər var ki, mən onlara öz qohumlarım kimi baxıram. Hər hansı məclisdə özlərini elə qürurlu, kişi kimi aparırlar ki, onları başımın tacı hesab edirəm. Ümumilikdə isə neqativ fikir formalaşdıran müğənnilərimiz var.

- Əksər şeirlərinin əsas mövzusu sevgidən bəhs olunur. Yenə də yazdığın şeirlərin mövzusu sevgi hisslərinə yönəlib?

- Hazırda fəlsəfi şeir yazıram. Şeirin süjet xətti insanın hissi ilə söhbətindən bəhs edir. Belə bir şeirim vardı ki, ürəklə insanın söhbət edirdi. İndi isə ürəyimlə deyil, hissim ilə söhbət edirəm. Bildiyiniz kimi, hisslə ağıl düşmən olurlar. Ağılla hissin ortaq dil tapmasında insan xoşbəxt olur. İnsan ancaq nə ağılı ilə, nə də ki hissi ilə yaşaya bilməz. Hiss də, ağıl da olmalıdır. Amma bəzən hisslərinə qapanırsan, səni deyil, sənin ağlını yarı yolda qoyur. Sonra yana-yana qalırsan ki, bundan sonra mən nə etməliyəm?! Bu baxımdan son vaxtlar fəlsəfəyə meylim artıb, marağım oyanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə