Azərbaycanlı rəqqasə: “Məni yoldan da çıxarda, pozğunluğa da apara bilərdilər”- AÇIQLAMA

Azərbaycanlı rəqqasə: “Məni yoldan da çıxarda, pozğunluğa da apara bilərdilər”- AÇIQLAMA

Hər kəsə bəllidir ki, Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva oriyental rəqslərin ifaçı olub. Ancaq o, bu rəqsi ifa etdiyi üçün peşmanlıq hissi keçirir. SİA-ya açıqlama verən rəqqasənin sözlərinə görə, zamanında şeytan onun da daxilində məkunlaşmışdı: "Mən vaxtilə ərəb rəqsi oynamışam. Bunu danmaq lazım deyil, dana da bilmərəm. Ancaq mən istəmədən bunu eləmişəm. Bizim mentalitetimizə uyğun olmayan və xoşlamadığım bir işlə məşğul olmuşam. O rəqsin geyimi belə mənlik deyildi. Şükürlər olsun ki, mən o rəqsdən uzaqlaşdım. Bu gün, mən yadıma salanda ki, o rəqsi oynamışam, pis oluram. Amma mən o rəqslə balamı saxlamışam. Ərəb rəqsi bu işdə mənə çox kömək olub. Demirəm bu əxlaqsızlıqdır. Amma mənim aləmimdə o xoş bir iş deyil".

Rəqqasə istəmədən oriyental rəqs oynamağının səbəbini də açıqladı: "Oy, biz onda çox pis vəziyyətdə idik. Dəhşət! Müflis olmuşduq. Allah heç kimə göstərməsin. Biz əvvəllər çox yaxşı yaşamışıq. Birdən belə vəziyyətə düşməyimiz hər birimizə çox ağır gəldi. Biz o zaman hər şeyimizi satdıq, kirayədə qaldıq. Bunu etməli idim. Baxmayaraq ki, mən milli rəqslər oynayırdım, amma ərəb rəqsləri oynamağa məcbur oldum. O zaman mən Azərbaycan Tibb Universitetinə daxil oldum, lakin, təhsilimi yarımçıq qoydum. Bunları bir-bir danışsam, vaxtımız çatmaz. Hər zaman demişəm ki, həyatımdan qalın bir roman kitabı yazmaq olar. Amma Allaha şükürlər olsun ki, mən yoldan çıxmadım.

Müğənni arzulamadığı amma yaşaya biləcəyi hadisələrdən də söz açdı: "Məni yoldan da çıxarda bilərdilər, pozğunluğa da apara bilərdilər. Ancaq Allaha məni qoruyub. Ağlaya-ağlaya o restorandan çıxıb, bu restorana girmişəm. Ərəb rəqsini istəmədən, məcburiyyət qarşısında oynamışam. Amma həyatda yaxşı insanlar da var. Onlar mənə əl tutdular, kömək elədilər. Yəni, Allah insanların əli ilə mənə yol açıb. Xahiş edirəm, keçmişə daha qayıtmaq istəmirəm. İndi anama və qızıma şükür edirəm"!

Bütün xəbərlər Facebook səhifəmizdə