Ledi QaQa Yaponiyada xeyriyyə konserti keçirəcək

Ledi QaQa Yaponiyada xeyriyyə konserti keçirəcək

Məşhur müğənni Ledi QaQa zəlzələ və sunami fəlakətinin baş verdiyi Yaponiyada konsert verəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənni artıq Yaponiyadadır.

Paytaxt Tokioda zərərçəkənlərə yardım etmək məqsədi ilə konsert keçirən Ledi QaQa mətbuat konfransında Yaponiyanın gözəl bir ölkə olduğunu bildirib.

Məşhur müğənninin mətbuat konfransında istifadə etdiyi və üzərində yaponca "Dualar Yaponiya üçün" yazılan fincanın hərraca çıxarılacağı və əldə edilən gəlirin zərər çəkənlər üçün xeyriyyə fonduna veriləcəyi qeyd edilib.

Bu həftənin şənbə günü baş tutacaq konsertdən müğənni zəlzələ və sunaminin ziyan vurduğu əraziləri ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə