Faiq Ağayev: “Onların mənafelərini qorumalıyam, qeyrətini çəkməliyəm” - MÜSAHIBƏ

Faiq Ağayev: “Onların mənafelərini qorumalıyam, qeyrətini çəkməliyəm” - MÜSAHIBƏ

Xalq artisti, cənab \"qızıl şlyager\" Faiq Ağayevin SİA-ya müsahibəsi:

- Xalq artistinin həyatında hansı amillər üstünlük təşkil edir?


- Bəzi məqamlarda feodalam. Bəzən isə çox demokratam.
Ümumiyyətlə, bəzi məqamlarda utopistəm. Kommunist olmasam da sosialist yönümlüyəm.

- Məsələn?

- Sosializmin əsas şüarı: "Hər kəsdən bacarığına görə, hər kəsin əməyinə görə!.." Bu, prinsipin tərəfdarıyam. Şəxsi münasibətlərdə feodalam. Tənqid eşitmək baxımından, plüralizim və demokratiya tərəfdarıyam. İstəyirəm ki, ətrafımda ağıllı və peşəkar insanlar olsun. Ona görə də utopistəm. Azad iqtisadiyyat şəraitində yaşayırıq. Min şükür ki, belədir! Kapitalizmin əsas prinsipi budur ki, sən biznesin hər hansı sahəsində olursansa, azad olasan və hərəkət edə biləsən. Öz biznesimdə azad və gəlirli olmaq istəyirəm.

- Ailə sənətçi üçün önəmlidir?


- Şəxsən mənim üçün çox önəmlidir.

Atam-anam, qardaşlarım mənim üçün bu dünyada toxunulmaz insandırlar. Onların mənafeylərini qorumalıyam, qeyrətini çəkməliyəm və qeydinə qalmalıyam. Amma indi dəyərlər dəyişib. Əvvəllər ailə doğrudan da müqəddəs idi. Onda boşanmağa çox pis baxırdılar. Nəyin ki, ərə gedən qadınlara, hətta, ikinci dəfə evlənən kişiyə belə pis baxırdılar. Amma zaman dəyişir. Zamanın tələbləri də, dəyərləri də dəyişir. Dünən siqarət çəkən qadına pis baxırdılarsa, bu gün əksəriyyəti buna normal yanaşır.


- A
ncaq yeni xəbər deyil ki, göz önündə olan sənətçilərin ailə qurmağa ciddi yanaşmaması cəmiyyətə eləcə də yeni nəslə təsir edir.

- Çünki sənətçilər göz qabağındadırlar. Eyniylə boşanan və evlənən müğənni kimi, digər sadə insanlar da var. Mühəndis, jurnalist və başqa sahələrin təmsilçiləri cəmiyyətin ovucunun içərisində deyillər, görünmürlər. Ona görə də onlar müzakirə olunmurlar. Sənətçilər cəmiyyətin fikir hədəfindədirlər deyə, ona görə də onları qınayırlar, fikir bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə