Dünyanı zəbt etmək istəyən sarışın qızlar- FOTO

Bu gün Soçidə Rusiya üzrə sarışın qızların yığıncağı keçirilir. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, yığıncağa Rusiyanın müxtəlif vilayətlərindən sarışın qızlar qatılıb.

Festival xarakterli yığıncaqda dünyada ilk sarışın qızlar muzeyinin açılışı olacaq. Bununla yanaşı sarışınların heykəli də ucaldılacaq. Daha sonra sarışınlar üçün tikilən restoranın da açılışı baş tutacaq. Ardınca isə sarışın qızlar müxtəlif oyunlarda dünyanın bütün əsmər və digər rəngli saçları olan xanımlara qarşı çıxacaqlar.

Günün sonunda isə sarışınların paradı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə