Pikassonun məşuqələrinin portretləri 67,7 milyon dollara satılıb

Pikassonun məşuqələrinin portretləri 67,7 milyon dollara satılıb

Londonda keçirilən "Christie\'s" auksionda görkəmli ispan rəssamı Pablo Pikassonun 3 əsəri satılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 3 əsər 67,6 milyon dollara dəyərləndirilib.

"Yatmış qız" əsərində rəssam öz həyat yoldaşı, fransız modeli Mariya- Terezanı təsvir edib. Aksiya iştirakçıları bu əsərə 21,7 milyon dollar qiymət qoyublar.

28,9 milyon dollara "Göy libasda əyləşən xanım" adlı əsəri satılıb. Bu əsərdə isə rəssam digər bir sevgilisini təsvir edib. Bu xanım isə rəssamın həmkarı Dora Maardır.

Bütün xəbərlər Facebook səhifəmizdə