Zülfiyyə Xanbabayeva planları alt-üst etdi

Zülfiyyə Xanbabayeva planları alt-üst etdi

Azərbaycanın üç xalq artisti Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva hər zaman rəfiqəlikdə bir-birinə sadiq olublar. İndi isə onlar yeni iş birliyinə imza atmağı qərara alıblar. Aygün Kazımovanın bu işdən xəbəri olmasa da Zülfiyyə Xanbabayeva ilə Brilliant Dadaşova trionun baş tutacağına əmindirlər.

Zülfiyyə Xanbabayevanın SİA-ya verdiyi açıqlamaya görə, onlar Brilliant xanımla institut illərində oxuduqları "Xatirələr" mahnısına yeni nəfəs vermək istəyirlər.

Brilliant xanım bu istəklə dəfələrcə Xanbabayevaya müraciət etsə də xalq artisti layihənin hələ ki mümkün olmadığını söyləyib. Çünki onun başı qızı Dənizə qarışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə