Nazənin kimləri məhkəməyə verir?- AÇIQLAMA

Nazənin kimləri məhkəməyə verir?- AÇIQLAMA

Azərbaycan estradasının məşhur müğənnisi Nazəninin iki aylıq hamilə olmasıyla bağlı yayılan xəbərlər mətbuatda əsl rezonansa səbəb olub. SİA-ya danışan müğənni, bir neçə gündür haqqında yazılan yalan məlumatların araşdırıldığını söyləyib: "Bu vaxta qədər heç kim deyə bilməz ki, tərəfimdən pislik görüb. Amma deyəsən, sonuncu yalan və yersiz xəbərləri yayanları ciddi şəkildə cəzalandıracağam. Artıq şəxsi vəkilim bu işlə məşğul olur. Və lazım olan sənədlərə toplayır ki, məhkəməyə müraciət etsin. Yalançı hamiləlik xəbərini kim yaya bilər? İndi bunu araşdırmaqla məşğuluq. Təxmini bir neçə nəfərdən şübhələnirəm. Hələ dəqiqləşmədiyi üçün ad çəkmirəm. Görüşəndə üzümə gülüb, arxamca danışanlardan bir neçəsi olacaq insanlardır yəqin. Özlərini Nazəninin uğurlarına sevinən kimi göstərənlər cəzasız qalmayacaqlar. Bunları söz xatirinə demirəm. Qısa zaman ərzində mehriban düşmənlərimin kimliyini mətbuata da açıqlayacağam".

Danışdıqca əsəbiləşən müğənni, ötən il ailə həyatı quran və indi xoşbəxt evlilik yaşayan oğlunun boşanması ilə bağlı yazılan informasiyaları da təkzib edib: "Mənə ünvanlanmış qara piarın başında hər kim durubsa, çox peşəkarlıqla uydurduğu yalanları mediaya ötürür. Oğlumun şəxsi həyatına qarışmağa nə lüzum var? Allah bütün övladları saxlasın, mənim də iki balamı onlardan ayırmasın.Həm qızım, həm də oğlum xoşbəxt evlilik həyatı yaşayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə