Azərbaycanlı müğənni bədxahlarına ismarıc göndərdi: “Qoy, oturub gözləsinlər” - AÇIQLAMA

Azərbaycanlı müğənni bədxahlarına ismarıc göndərdi: “Qoy, oturub gözləsinlər” - AÇIQLAMA

Türkiyəli vətəndaşla ailə quran və nigahından oğul dünyaya gətirən azərbaycanlı müğənni Yeganə bədxahlarına cavab verdi. SİA-ya açıqlama verən müğənni onun ailəsinin dağılmasını arzulayanlara ismarıc göndərdi: "Qoy, oturub gözləsinlər! Rəhmətlik atamın bir sözü vardı - "Qızlarım qapıdan çıxdısa, daha onlara yanımda yer yoxdur. Ailəsi ilə gəlib istədikləri qədər qala bilərlər, ancaq tək heç vaxt. Hətta Fatehlə ailə həyatı quranda ona dedim ki, mən özümə arxa axtarıram. Mənim haqqımda nələrsə deyilə bilər, ancaq onların heç birinə məhəl qoymuram".

Söhbət zamanı müğənni dünyasını dəyişən atasını da xatırladı: "Məni ən çox yandıran atamın mənim toyumu görməməsi oldu. Atamı indi daha çox axtarıram. Uşaq vaxtı mənə ata lazım deyildi. Allah ona rəhmət eləsin. Yaxşı ki, heç olmasa qardaşım yanımda oldu. Yadımdadır, Türkiyəyə gedəndən 1 il sonra Fatehlə tanış olmuşam. Hətta görüşə gedəndə belə qardaşımla gedirdim və üçümüz bir yerdə söhbət edirdik. Yadımdan çıxan söhbətləri qardaşımdan soruşurdum. Sonda bir daha vurğulmaq istəyirəm ki, Allah heç kimin ailəsini dağıtmasın. Allah eləməsin, Fatehin başına bir şey gəlsə, o zaman övladımı tək böyüdəcəyəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə