Müğənni Nüşabə Ələsgərli həmkarlarının iç üzünü açdı

Müğənni Nüşabə Ələsgərli həmkarlarının iç üzünü açdı

Yay mövsümü başlayar-başlamaz bir çox Azərbaycan estrada ulduzları, açıq hava konsertləri ilə çıxış edib pərəstişkarlarını bir araya yığırlar. Bu sırada müğənnilər - Röya Ayxan, Rəhim Rəhimli, Sevda Yahyayeva və başqalarının adlarını çəkmək olar. Müğənni Nüşabə Ələsgərli bir-birinin bəhsinə girib konsert proqramı ilə çıxış etməyə can atan bəzi həmkarlarının iç üzünü açdı. SİA-ya danışan sənətçi, yerli ulduzlarımızın solo konsertlərinə necə tədarük görmələrini tam təfərrüatı ilə bizə söylədi: "Bakı çox balaca şəhərdir. Burada kim nə edirsə, mütləq hamı ondan xəbər tutur. Tam səmimiyyətlə söyləyirəm ki, konsert keçirən əksər müğənnilərimiz, biletlərini özləri satırlar. Konsertqabağı qohum-əqrabasına dəvətnamə göndərən müğənniləri heç cür başa düşmürəm. Nəyə lazımdır süni ajiotaj yaratmaq? Tamaşaçı sənin konsertinə gəlmirsə, niyə ona-buna acıq olsun deyə məcburən konsert salonunu doldurmağa çalışırsan? Bu sözlərim kimə aiddirsə, o, öz payını götürdü. Nüşabə Ələsgərli heç zaman qalmaqallarla gündəmə gəlmir və buna görə də ad çəkmək istəmirəm".

Nüşabə xanım toy məclislərini əsl konsert meydanı adlandırmaqdan da çəkinmədi: "Əgər ayın 20 günü toylardayamsa və orta hesabla təxminən hər axşam 400 nəfər üçün oxuyuramsa, məncə bu özü böyük uğurdur. Azərbaycanda keçirilən elə şənlikləri, dünyanın istənilən ölkəsində baş tutan toylarla müqayisə oluna bilməz. Bəli, özüm də içində olmaqla deyə bilərəm ki, toy oxumağı bacaran bir neçə həmkarım var ki, hər gün konsert proqramı kimi toy-düyünləri idarə edirlər. Sözsüz ki, toyda oxumaq da müğənnidən hünər tələb edir. Bu cəsarət isə məndə artıqlaması ilə mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə