Yepyeni bir layihə - Rally realiti şou

Yepyeni bir layihə - Rally realiti şou
ANS telekanalında yeni bir layihə - \"Rally realiti şou\"su efirdə gedəcək. Layihənin rəhbəri Samir Xattabdır. Rally realiti şousu 8 həftə davam edəcəkdir. Hər həftənin 2-ci günü saat 23:00-da izləmək olar.

Veriliş həbsxanadan azad olmaq istəyən 8 iştirakçinin mübarizəsinən bəhs edir. 8 iştirakçı hər dəfə yeni tapşırıqlar alır və yerinə yetirməyə çalışırlar (boks, kvadrasikl, motosikl, skuter, offroad və s.). Veriliş iştirakçıların təqdimatı və yarışmanın qaydaları ilə tanışlıqlarla başlanır. Hər həftə yeni məkanlar və maneələr müəyyən olunaraq öncədən tamaşaçıların diqqətinə çatdırılır. Bütün əksər yarışmalarda olduğu kimi bu yarışmada da hər həftə bir iştirakçı layihəni tərk edir. Bu isə ən sonuncu olan, ən az nəticə göstərmiş iştirakçıdır. Beləliklə, bu cür seçimlə hər həftə bir məğlub iştirakçı layihəni tərk etməklə sıravi tamaşaçıya çevrilir. Yerdə qalanlar isə yarışmaya davam edir. Finala qədər eyni gedişatla davam etdirilən bu layihə 2 nəfərin finalda uduşa qoyulmuş mükafatlar uğrunda çətin mübarizəsi və bu mübarizənin məntiqi nəticəsi olaraq finalçının qələbəsi ilə yekunlaşır.

Verilişin teleaparıcısı isə Ulviyyə Ağayevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə