Pərvin Lətifovun toyu oldu- FOTO

Dünən "Azəri star" telemüsabiqəsinin ilk iştirakçısı və daha sonra təşkilatçısı olan müğənni Pərvin Lətifov subaylığın daşını atdı. SİA-nın məlumatına görə, Pərvin öz xalası qızı Əfsanə ilə ailə həyatı qurdu. Yerli şou-biznesin çoxluq təşkil etdiyi mərasimdə Pərvinin müğənni Nazənin ilə duet oxuması maraqla qarşılandı. Toy əvvəl müğənni Abbas Bağırovun aparıcılığı ilə başlasa da daha sonra eyni missiyanı Elçin Hüseynov davam etdirdi.

Mərasimə təşrif buyuran məşhurlar arasında xalq artisti Flora Kərimova, müğənni Elariz Məmmədoğlu, Nadir Bayramlı, Emil Bədəlov, Vasif Məhərrəmli, Röya, Nurlan Növrəsli, Fidan Süleymanova, izdivac verilişi olan "Toy olsun"nun aparıcıları Elgiz və Ulvira, aparıcılar Ramin, Tural və başqaları da iştirak edirdilər.

Qeyd edək ki, Röya həmkarının toyunda küsülü olduğu jurnalistlərin masasında əyləşdi.

Bütün xəbərlər Facebook səhifəmizdə