Brilliant Dadaşova: “Yerli modelyerlərin tikdikləri libaslar qarderobumda çoxluq təşkil etmir” -AÇIQLAMA-FOTO
Qərb şou-biznesində sənətlə məşğul olan tanınmış simalar əsasən geyimlərinə fikir verirlər. Yəni dünyaca məhşur ulduzlar əsasən geydikləri qiyafələri ilə səhnədə performans göstərməyə çalışırlar. Bəs, görəsən, bu tendensiya Azərbaycanda öz əksini necə tapıb? SİA bu sualla Azərbaycanın xalq artisti Brilliant Dadaşovaya müraciət ədərkən o belə cavab verdi: "Geyimlər mənim ən yaralı yerimdir. Bir növ təzə paltar xəstəsi də adlandırmaq olar məni. Hansı ölkəyə səfər edirəmsə, qayıdanda mütləq bir-iki çamandanla evimə dönürəm. Ümumi götürəndə, geyimlərin hansı markadan olmasına xüsusi fikir verirəm. Məncə, təkcə biz müğənnilər yox, bütün xanımlar geyindikləri libasların fərqli olmasına can atırlar. Çox təəssüf ki, yerli modelyerlərimizin tikdikləri libaslar qarderobumda elə də çoxluq təşkil etmir. Dünyaca məhşur modelyerimiz Fəxriyyə xanım Xələfovanın yaratdığı kolleksiyaları həddindən artıq bəyənirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB