“Miss Amerika-2011” seçilib – FOTSESSİYA

“Miss Amerika-2011” seçilib – FOTSESSİYA

Dünən Las-Veqasda "Miss Amerika-2011" müsabiqəsi keçirilib. SİA newsru.ru saytına istinadən xəbər verir ki, ABŞ-ın ən gözəl xanımı 21 yaşlı kaliforniyalı model Alisa Kampanella seçilib. Alisa ABŞ-ı 12 sentyabr tarixində Braziliyada keçiriləcək "Dünya gözəli" müsabiqəsində təmsil edəcək. Alisa Kampanella müsabiqədə iştirak edən 49 gözəl arasından seçilib.

Bildirmək yerinə düşər ki, qızlar ABŞ ştatlarından müsabiqəyə daxil olublar. İkinci yeri Miss Tennessi zəbt edib. Üçünü pilləni isə Miss Alabama qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə