Elton: “Bu gün Eltonu tanımayanlar vaxt gələcək biləcəklər, o kimdir”- AÇIQLAMA

Elton: “Bu gün Eltonu tanımayanlar vaxt gələcək biləcəklər, o kimdir”- AÇIQLAMA

Azərbaycanın tanınmış müğənnisi Elton Hüseynəliyev uzun illərdir səhnədədir. Azərbaycan şou-biznesində müəyyən pilləyə gəlib çatan müğənni dayandığı yerdən aşağı boylandı. SİA ilə yerli şou-biznesə onun gözü ilə baxdı: "Burada çoxlu yalan, söz-söhbət, qeyri-səmimilik görürəm. Bir insanı tanımamış ona verilən qiyməti görürəm. Bizdə şou-biznes heç vaxt inkişaf etməyib. Yalandan bir-birini tərifləyirlər: "səndən yoxdur, sən əjdahasan". Mən iki duet oxumuşam, ikisi də sevilib. Və burada sizə deyirəm ki, 3-cü duetim gəlir, o da partlayacaq, ondan başqa duet olmayacaq. İşi görəndə yaxşı gör, qoy yaxşı desinlər. Pis eləsən, qoyma tərifləsinlər. Oxuduğum mahnını kimsə bəyənməsə, bunu desin. Mən də gedib o adamı öpüm! Şou-biznesdə çox qatma-qarışıqlıq var. İkiüzlü insanlar var, amma yaxşı adamlar da az deyil. Bəziləri elə bilir ki, hansısa hərəkətləri ilə nəyəsə nail ola biləcəklər. Bu, belə deyil. Röyanı niyə bu gün hər kəs qəbul edir, sevir? Çünki Röya necə var, elədir. Ağzından nalayiq bir söz çıxan zaman da səmimi şəkildə onu ötüşdürür, oynamır. Amma insan var ki, obraza girir. Haqqımda çox vaxt deyirlər ki, "yekəxanadır, özündən razıdır, çox yekə-yekə danışır". Amma mənimlə söhbət edən insanlar fikirlərindən tez daşınırlar. Mən efirdə neyləyim ki, barəmdə belə fikirləşməsinlər? Biz, bir ailə olmalıyıq. Amma bizimkilər görürlər ki, Eltonun işləri yaxşı gedir, başlayırlar onun ayağından dartmağa. Niyə? Sən də onun yaxınına gəl, bir yerdə işləyin. Şou-biznesdə saf insanlar da var. Onlara demək istəyirəm ki, özünüz kimi safları bir yerə yığıb, təmiz komanda yaradın. Qoy, bizə mane olan o pis insanlar qıraqda qalıb, partlasınlar. Bir daha vurğulamaq istəyirəm: Əgər bir insanın sənəti varsa, şəxsiyyətinə görə onu qınamayın. O boyda türk xalqı, Bülent Ersoyu əlinin içində saxlayır. Çünki sənəti var. İslamda da qeyd olunub ki, belə insanlar nə edirsə, özünə edir. Amma bizdə efirə çıxıb təzə mahnı belə oxuyanda ancaq onun qalmaqalları haqda danışırlar: "ay da, bu Elton deyil? Rəqsanə ilə oxuyan A, bunlar haqqında elə sözlər danışırlar ki...". Bəs, mənim oxuduğum mahnılar hara getdi? Bəlkə də bunlar hamısı düzələcək. Bu gün Eltonu tanımayanlar vaxt gələcək biləcəklər, o kimdir. Amma əgər kiminsə xasiyyətində paxıllıq, ikiüzlülük, pislik varsa, o, heç vaxt düzəlməyəcək! Ancaq bağışlamağı da bacarmaq lazımdır. Sabah düşmənin belə, səninlə yaxın ola bilər. Belə hadisə mənim həyatımda baş verib".

Bütün xəbərlər Facebook səhifəmizdə