Kamran Həsənli şoumenlə aparıcı arasında olan fərqdən danışdı- AÇIQLAMA

Kamran Həsənli şoumenlə aparıcı arasında olan fərqdən danışdı- AÇIQLAMA

Azərbaycanın tanınmış aparıcı-müğənnisi Kamran Həsənli hər zaman kompleksizliyi ilə seçilib. SİA-ya danışan Kamran şoumen və aparıcı arasında olan fərqdən söz açıb: "Bunlar çox fərqlidirlər. Kobud olsa da deyəcəyəm, şoumen sirkdəki kloundur. Şoumen həm akrobat, həm jonqlyor olmalıdır. O, bir neçə sənəti bacarmalıdır. O, həm musiqini bilməlidir, yumor hissinə malik və dinamikası olmalıdır, rəqs etməyi bacarmalıdır və başqa xüsusiyyətləri özündə cəmləşdirə biməlidir. O cümlədən, yumor hissindən başqa zarafat etməyi yaxşı bacarmalıdır. Üstəlik, intellektuallıq və intiligentlik amillərinə sahib olmalıdır. Yəni, şoumen intellektual və intiligent olmalıdır. Teleaparıcı isə dəqiq və səlis cümlə qurmağı bacarmalıdır. Teleaparıcının təfəkkürü, həyat pozisiyası çox da maraqlı deyil. Bir də ki, aparıcı apardığı verilişə uyğun səs tembri ilə, tələffüzü ilə və nitq mədəniyyəti ilə seçilməlidir\".

Bütün xəbərlər Facebook səhifəmizdə