Rikki Martin İstanbulda konsert verəcək

Rikki Martin İstanbulda konsert verəcək
Dünyanın tanınmış müğənnisi Rikki Martin verəcəyi konsertə görə bir gün əvvəldən İstanbula gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni konsertdən bir gün öncə media mənsubları ilə görüşüb. Müğənni jurnalistlərə İstanbulu çox sevdiyini və buraya dəfələrlə gəldiyini bildirib. Ulduz ayağındakı maraqlı döyməsi və çəkmələri ilə diqqət çəkib. Rikki Martin \"Türkiyənin meqastarı Tarkan haqda nə düşünürsünüz?\" sualına \"Tarkan peşəkar müğənnidir\"- deyə cavab verib.

Bütün xəbərlər Facebook səhifəmizdə