Günel Ələkbərova: “Aygün Kazımova mənə böyük bacılıq etdi”- MÜSAHİBƏ
"Pişik" ləqəbi ilə tanınan Günel Ələkbərovanın SİA-ya müsahibəsi:
- Bilirik ki, çox çətin layihədə iştirak etmisən. Səfəriniz necə keçdi?
- Çox sağ ol. 3 təyyarə dəyişərək 18 saatlıq yol getmişdik. Bununla bərabər hava limanında gözləmişik. Dubaya oradan da Cihazburqa getdik. Buradan da Namibiyaya yola düşdük. Getdiyimiz yer cəngəllik idi. Oraya gedənə kimi çadırlarımız artıq qurulmuşdu. Öncə çadırların elə belə qurulduğunu sanıb, orada qalmayacağımızı düşünürüdük. Ancaq konsertimiz bitdikdən sonra məlum oldu ki, bu çadırlarda qalacağıq. Çadırın vəziyyəti elə gündə idi ki, orada uzanıb yatmaq belə mümkün deyildi. İlk olaraq bunun zarafat olduğunu düşündüm. Lakin sonra doğru olduğunu görəndə çox təəccübləndim. Həmin çadırda 13 gün yaşamalı olduq. Ən maraqlısı da o oldu ki, çamadanım 1 həftədən sonra gəldi. Yarışmanın qaydalarına uyğun olaraq 1 nəfərin səhvini bütün heyət çəkməli idi. Yarışma zamanı çox yorulurduq. Komandamızın iştirakçılarının birinin çadırından su çıxdığına görə də bütün heyəti cəzalandırdılar. Həmin günü bizə yemək verilmədi. Hətta bəzi şayələr gəzdi ki, guya mən müsahibə verməkdən imtina etmişəm. Xeyir, sadəcə hava limanına məni qarşılmağa yaxınlarım gəlmişdi. Neçə günlük həsrətdə olduğumuzdan müsahibə vermək yadımdan çıxmışdı.
- Yarışma nədən ibarət idi?
- Çox çətin sınaqlar var idi. Hətta qumun üzərində xizəklərdə var idi. Ancaq buna baxmayaraq hər şey maraqlı idi. Bütün bu hərəkətləri hər zaman televiziyalarda görürdük. Canlı olaraq həmin hissləri yaşamaq tamam başqadır. Orada hətta çılpaq insanlar da gördük.
- Sizlər də çılpaq idiniz?
- Yox biz çılpaq deyildik. Biz paltarda olduğumuz üçün onlar bizə baxıb gülürdülər. Bir çox qəbilələrlə tanış olduq. Onların adət-ənənələrini öyrəndik.
- Sənin komandanda kimlər iştirak edirdi?
- Komandamızın kapitanı Cenk Kemal İçden idi. O, bizə həqiqətən də kapitanlıq edirdi. Digər iştirakçılar isə Malik, Rüfət Axundov, aparıcı Lamiyə, Xanım və mən idim. Hətta gecələr heyvanların səsini eşidən kimi Cenki çağırırdıq. O,isə bizə kömək edirdi. Orada heç kimə güzəşt olunmadı.
- Kimləsə konflik yaşadın?
- Bəli, oldu. Bir çox davalar baş verirdi. Prodüsserimiz Sənanla davalarımız isə lap çox olurdu. Bunu indi etiraf edim ki, orada olarkən Afrika mahnısını oxuya- oxuya mətbəxə girirdim və zənci xanımların başını qatıb soyuducudan yemək oğurlayırdım. Çünki ac qala bilmirəm. Təzyiqimdə problemlər var. Hətta yadımdadır ki, qalib olduqdan sonra bizə verilən içkini ağacın dibində gizlədirdim. Elə böyük davamız olmasa da xırda mübahisələrimiz olub. Buna səbəb isə həm çox aclıq çəkməyimiz, həm də havaların isti keçməsi idi. Düzün desəm, düşünmürdüm ki, bizdə inkişaf bu dərəcədə güclü ola bilərdi. Çünki bu oyunda dözüm əsas şərt idi. Bu yarışmada hamı eyni hüquq sahibi idi. Yəni heç kim heç kimdən seçilmirdi.
- Bildiyimiz qədər orada yırtıcı heyvanlar çox idi?
- Əlbəttə var idi. İlk günlər çox qorxurduq, ancaq sonra öyrəşdik. Sonralar gözümüzün önündə varanları gördükdə qorxmurduq. Hər gün bizə ceyran əti verirdilər. Ancaq bəlkə də bu heyvanın ətinin adı altında başqa heyvanın ətini bizlərə yedizdirirdilər (gülür...) Təbii ki, mən bunları yemirdim.
- Bəs nə ilə qidalanırdın?
- Başımı yumurta çörəklə birtəhər qatırdım. Buna görə də bir az arıqlamışam. Bildirmək istəyirəm ki, Aygün Kazımova orada mənə doğurdanda böyük bacılıq etdi. Hətta orada olarkən səhhətimdə yaranan problemi o həll etdi. Təsəvvür edin ki, 40 dərəcə hərarətim var idi. Maraqlı məqamlardan biri də o idi ki, avtobusla gedərkən dağlara baxıb orada insan üzləri görürdük. Ancaq həmin üzlər çox qəmli kədərli idilər. Sanki həmin insanlar göz yaşı tökürdü. Həyatımda ilk dəfə idi ki, belə şeylər görürdüm.
- Aygün Kazımova ilə iştirak etdiyin oyunlarda Aygün xanımın rəhbərliyi ilə qrup yaranır və onlar sənə qarşı çıxırlar. Bu dəfə necə oldu? Sənin də onun komandası ilə oynayırdın?
- Yox. Bu oyunda elə bir şey olmadı. Digər oyunlara təkləyirdilər, çünki orada böyük bacım yox idi. Əgər insan o şoudan çıxırsa, o zaman onun komandası mövcud olmur. İnanıram ki, "Maşın" şouda da Aygün Kazımova olsa idi, yenə mənə böyük bacılıq edərdi. Oradakı iştirakçıların fikirləri mənim üçün maraqlı deyildi. Mənə əsas maraqlı tamaşaçıların fikri idi. Orada şahidi olduq ki, çoxlu fanat sevgisindən danışanlar səs toplaya bilməyib, oyunu tərk edirdilər.
- Sms-lə keçirilən yarışmada uğur əldə edəcəyinə inanırsan?
- İnşallah. Niyə də yox!? İnanıram ki, sms sarıdan məndə problem olmayacaq. Bu sms yarışmasında udan kəs Azərbaycan bayrağını ən uca zirvəyə sancacaq. Düşünürəm ki, bu hər bir Azərbaycan vətəndaşının arzusudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB