Uzun zamandır, bu cütlük haqqında müxtəlif xəbərlər dolaşır. Kimisi deyir onlar sadəcə dostdurlar, digəri isə onların sevgili olduğunu iddia edir. Söhbət hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova və tanınmış reper Elşad Xosedən gedir. SİA xəbər verir ki, bütün tədbirlərdə bir dəqiqə bir-birindən ayrılmayan cütlük həqiqətən də evlənir. Onlar hətta toylarının tarixini də açıqlayıblar. Bir çoxlarının səbirsizliklə gözlədiyi toy sentyabr ayında baş tutmalıdır.
Vurğulamaq yerinə düşər ki, rəqqasə daha əvvəl də Haqay adlı bir şəxslə nişanlı olmuşdu. Lakin az keçmədi ki, onlar ayrıldılar. Oksana o zaman açıqlamasında şou-biznesdə olan bir şəxsin bu nigahın baş tutmamasında əli olduğunu bildirmişdi.
Onu da qeyd edək ki, yerli mətbuatda rəqqasə haqqında daha bir şayə onun meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq macərası yaşamasıdır. Lakin Namiq bunun yalan olduğu dilə gətirmişdi.
İndi Oksana bütün söz-söhbətə son qoyaraq ancaq ailə həyatı barədə düşünür. Nə deyək, Allah xoşbəxt eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB