NEXT qrupunun heyətində dəyişiklik baş verib. Ancaq bu dəfə dəyişikliyin nəticəsi olaraq qrupa yeni üzv qəbul olunmayıb. Məlum olduğu kimi, bir müddət öncə qrupda fəaliyyət göstərən müğənni Arzumun qardaşı Əli səhhətində yaranan müəyyən problemlərə görə qrupdan uzaqlaşmışdı. Əvəzində isə Nicat Əmirzadə qrupda çıxış edirdi. NEXT qrupunun mətbuat xidmətinin SİA-ya verdiyi məlumata görə, artıq Nicat qrupdakı fəaliyyətini dayandırıb. Buna səbəb isə gözlənilməz məqamların baş verməsidir: "Biz çox pis oluruq ki, bu cür hallar baş verir. Detallara aydınlıq gətirmək istəmirik, sadəcə deyə bilərik ki, bugünki bəzi gənclər yanlış yolda irəliləməyə çalışırlar. Və bunu öz ətrafında olan kəslərə də təlqin etmək istəyirlər. Müasirliklə bu cür məqamları səhv salan gənclərə olan inamımız özünü doğrultmayanda məcburən yollarımızı ayırırıq. Nicat özünü doğrultmadığı üçün qrupdakı fəaliyyətini dayandırdıq. O, çox yaxşı bilir ki, bu tip insanlara bizim heyətimizdə yer ola bilməz.
Ancaq bu o demək deyil ki, qrup trio şəklində fəaliyyət göstərəcək. Belə ki, qrupun keçmiş üzvü və bir müddət öncə səhhətindəki problemlərə görə NEXT-dən çıxan Əli artıq yenidən qrupa qayıdıb. Dünən isə qrup bu dördlüklə bir müddətdən sonra ilk dəfə efirə çıxıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB