Tanınmış stilistin ad günündə nələr baş verdi- FOTO

Tanınmış stilistin ad günündə nələr baş verdi- FOTO

Dünən paytaxtın əyləncə məkanlarından birində tanınmış azərbaycanlı stilist Samir Əliyev ad gününü qeyd edib. SİA-nın məlumatına görə, Samir bu günə qədər ad günü keçirməyibmiş. O, internat məktəbində böyüdüyü üçün və valideynlərindən ayrı yaşadığı üçün doğum gününə sözün əsl mənasında nifrət edib. Ad gününü keçirməyə isə o, ani olaraq qərar verib: \"Bu gün ilk dəfə idi ki, mən valideynlərimi əhv etdim və dostlarımı başıma yığdım. Yanımda olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm\".

Vurğulayaq ki, stilisti təbrik etmək üçün Azərbaycanın bir çox tanınmış simaları- müğənni Günel Ələkbərova ("Pişik" Günel), Emin Bədəlov, "Next" qrupu, o cümlədən Lider TV-də yayımlanan "Qızıl pillə" verilişinin aparıcısı Zemfira Adıgözəlova və elə eyni kanalda yayımlanan "Fotoşok" paparatsi verilişinin aparıcıları Murad Əzimzadə və Novruz Məmmədov da iştirak ediblər.

Gecə maraqlı məqamlarla yadda qalıb. Qonaqlar dayanmayan rəqs edib, şənlənirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə