Məşhur maniken boşanıb

46 yaşlı ingilis aktrisası və maniken Elizabet Hörli hindli işadamı Arın Nayardan boşanıb. SİA-nın xəbərinə görə, cütlük 2007-ci ildə evlənmişdilər. Cütlüyün boşanmasına bir neçə ay bundan əvvəl manikenin tanınmış aktyorlardan biri ilə çox yaxın münasibətinin internetdə yayılması səbəb olub.

Qeyd edək ki, bu boşanma manikenə çox baha başa gələ bilər. Belə ki, baxmayaraq ki, hindli iş adamı çox varlıdır, lakin onlar arasında nigah müqaviləsi olmadığından o, manikenin varının bir hissəsinə sahib çıxa bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə