Azərbaycanlı model Züleyxa Akçurina ikinci dəfə ana olmağa hazırlaşır. Modelin SİA-ya verdiyi məlumata görə, o, dünən həkim müayinəsindən keçərək qız anası olacağını dəqiqləşdirib: "Bu dəfə qız doğulacaq. Gözəl-göyçək bir qız dünyaya gətirəcəyəm. Sevincimin həddi-hüdudu yoxdur. Heç kimə xoşbəxtliyimi tam çatdıra bilmirəm. Axı, dünyada bir insana həyat verməkdən gözəl nə ola bilər? Ümidvaram ki, o, vətənimizə layiqli övlad olacaq. Çox sevinirəm, çox".
Qeyd edək ki, model 6 aydır, hamiləliyini gizlətməyə çalışırdı. Modelin yaxın ətrafından SİA-ya sızan xəbərə görə, uşağın atası Rusiyada yaşayan azərbaycanlı biznesmen German Mardaxayevdir.
Xatırladaq ki, Züleyxanın Zaxar adında 1 yaşlı oğlu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB