15 İyun Milli Qurtuluş bayramı münasibətilə Xaçmaz rayonunda bayram tədbiri keçirilib. Bir neçə müğənnilərin dəvət olunduğu bayram tədbirində daha çox vətənpərvər mahnılara üstünlük verilib.
Bu ifaçılarla birlikdə gənc müğənni Leyla Ramazanlı olub. Onun mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, Leyla konsertdə ona daha çox uğur gətirən sözləri Aruz Əsədov, musiqisi İsmail Əsədova məxsus olan "Qələbə" mahnısı ilə çıxış edib.
Konsertdə ən çox yadda qalan məqam isə odur ki, gənc ifaçı mahnını oxuyarkən sevənləri tərəfindən gül yağışına tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB