Canlı efirdə Röyaya sui-qəsd olacağı barədə yalan məlumat verən şəxs tapıldı
Azərbaycanda telekanalın canlı efirinə zəng edərək müğənni Röya Nəcəfovaya sui-qəsd olacağı barədə məlumat verən şəxs müəyyən edilib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, iyunun 14-də saat 11.51-də özünü təqdim etməyən şəxs ANS TV-nin \"Günəbaxan\" verilişinə telefonla zəng edərək müğənni Röyaya verilişdən sonra sui-qəsd hazırlanması (avtomaşınla vurulacağı) barədə məlumat verib.
Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, lakin təsdiqini tapmayıb. Yalan məlumatın Astara şəhərində yaşayan İlqar Əliyev tərəfindən verilməsi müəyyən olunub. O, polisə gətirilib, izahatı alındıqdan sonra buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB