15 gün Afrikanın Namibiya ölkəsində məskunlaşıb çətinlik çəkən xalq artisti Aygün Kazımova hələ də gündəmdə olan "Ekstrim" layihəsindən söz açdı. SİA-ya açıqlama verən Aygün xanımın sözlərinə görə, onun arıqlamasına səbəb tək iştirak etdiyi realiti-şou deyil: "Mən olduqca enerjiliyəm və buna hər kəs təəccüblənir. Təbii qidalanıram, az ət yeyirəm. Ümumiyyətlə, çox istəyəndə hər şeyə nail olmaq olur. Mənim fərqim odur ki, nəyisə çox istəyirəm".
Xalq artisti səfərindən və iştirakçılar arasında olan fərqdən danışdı: "Səfər maraqlı keçdi. Hər şeyi sınamaq istəyirdim. Afrika mənim üçün bir səhnədir. Bundan başqa, insanların görünməyən tərəflərini görmək mənə çox maraqlıdır. Özümə belə maraqldır ki, görəsən, orada necə görünəcəyəm, necə dözəcəyəm? Özüm öz qarşımda imtahan vermək istəyirəm. Yarışın qaydaları sərtdir, orada suyu içmək üçün belə mübarizə aparmalısan. Hələlik heç nə deyə bilmərəm. İki qrupa bölünmüşük, hər komandada 3 qız, 3 oğlan var. Ümumilikdə 12 nəfərik. Orda elə məkanlar var ki, ayaqla getmək də olmur, hansısa məkandan o birinə məsafədə təyyarə ilə uçmalıyıq".
Qeyd edək ki, "Ekstrim" layihəsi hər həftənin şənbə günü saat 22:15-də \"Space\" kanalında yayımlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB