İllərin sınanmış dostu Natəvan Həbibi Elnurun toy məclisində niyə iştirak etməyəcək?

İllərin sınanmış dostu Natəvan Həbibi Elnurun toy məclisində niyə iştirak etməyəcək?

Xəbər verdiyimiz kimi bu gün məşhur müğənni Elnur Məmmədovun toy mərasimidir. Bütün şou-biznesin toplaşdığı məkanda görünməyən təkcə uzun illərdir Elnurla isti münasibətdə olan Natəvan Həbibi olacaq. SİA-nın məlumatına görə, buna səbəb Natəvanın "Türkvision-2011"də Azərbaycan adından səhnəyə çıxmasıdır.

Qeyd edək ki, məclisdən yan gəzən, həmçinin müğənni Röya da olacaq. Tərəflər uzun zamandır düşmən münasibətindədirlər. Odur ki, Röyanın məclisə qatılmaması məlum məsələdir, ancaq Natəvan toya qatıla bilməyəcəyi üçün pərişandır.

Bütün xəbərlər Facebook səhifəmizdə