Azərbaycanlı müğəninin gitarası 200 AZN-ə satıldı -FOTOSESSİYA

Azərbaycanlı müğəninin gitarası 200 AZN-ə satıldı -FOTOSESSİYA

Azərbaycanın tanınmış müğənnisi, "Yeni ulduz" mahnı yarışmasının qalibi və "Eurovision-2011" milli seçim turunun finalçısı Çüngiz Musfayevin ilk solo konserti baş tutub. SİA-nın məlumatına görə, "İlk" adlı konsertdə Çingiz həmçinin eyni adlı albomunu təqdim edib. Alboma 17 mahnı daxil olub.

Konsertin yenilikləri bununla bitməyib. Belə ki, Çingiz həmçinin yeni və ilk "Axşam mahnısı" adlı klipini də təqdim edib. Klipin rejissoru Vüsalə Suleymanovadır. Mahnının müəllifləri isə sənətkar Tofiq Quliyev və Zeynal Cabbarzadədir.

"İlk" adlı konsertdə müğənni köhnə peretuarı ilə yanaşı yeni və heç bir yerdə eşidilməyən mahnılarını da səsləndirib.

Müğənni ilə birgə səhnəni bölüşən həmkarları sırasında əməkdar artist Ədalət Şükürov, müğənnilər Röya, Samira, Zamiq, Rəhim və başqaları da olub

Konsertə qonaq qismində qatılanların sırasında isə əməkdar artist Aybəniz Haşımova və onun qızı, gənc müğənni Aynişan Quliyeva, Rühəngiz Qasımova, Zəhra Bədəlbəyli, Azad Şabanov və başqları da itşirak ediblər.

Konsertin ən maraqlı məqamlarından biri isə Çingizin gitarası ilə yaşandı. Belə ki, gitara auksiona çıxarılaraq fanatı tərəfindən 200 AZN-ə alındı.

Bütün xəbərlər Facebook səhifəmizdə