Bu gün Azərbaycanın tanınmış müğənni Elnur Məmmədov ailə həyatı qurur. SİA-ya açıqlama verən Elnurun sözlərinə görə, onun toy mərasimdə heç bir jurnalist iştirak etməyəcək: "Bu, mənim sevdiyim şəxsdir və mənim özəl həyatımdır. Axı niyə mən onu kimlərəsə nümayiş etdirməliyəm? Ailə qurduğum xanım sənət adamı deyil, tanınmış sima deyil. Niyə axı mən Kütləvi İnformasiya Vasitələrinə öz həyat yoldaşımı nümayiş etdirməliyəm? Başa düşürəm, mən tanınmış insanam. Əgər o həmkarım olsaydı, problemsiz toyumuzu çəkmək olardı. Güman edirəm ki, mənim bu istəyim və tələbim heç kimin xətrinə dəyməyəcək. Bu günki toyum barədə sadəcə "Evləndi" deyə yazılacaq. Şəkillərimizin yayılmasına qəti şəkildə icazə verməyəcəm".
Özünü illərdən bəri medianın dostu kimi təqdim edən müğənni nədənsə digər populyar həmkarları kimi addım atıb, ən xoş gününün jurnalistlər tərəfindən işıqlandırılmasına maneçilik yaradacaq. Bunun üçün o, özəl mühafizə xidmətinin əməkdaşlarını da səfərbər edəcək. Toya kimin aparıcılıq edəcəyi isə hələ ki, sual altındadır. Elnurun yaxın ətrafından sızan məlumata görə, bu ya şoumen Murad Dadaşov, ya da Nəsib Nur olacaq.
Qohumların çoxluq təşkil edəcəyi mərasimdə əsas müğənni kimi səbəbkarın bir vaxtlar çiyin-çiyinə çalışdığı və indi Rüstəm Zeynallının rəhbərlik etdiyi \"Şeron\" qrupunun olacağı da söylənilir. Toy üçün xüsusi ssenari də yazılıb, cütlüyün sevgi dünyalarından bəhs edən maraqlı mini-filmdə hazırlanıb.
Nəhs günün ağırlığını ağlının ucundan belə keçirməyən müğənninin toyuna demək olar ki, yerli sənət və şou-biznes dünyasının ən tanınmış simaları qonaq qismində qatılacaqlar. Bu sırada xalq artistləri Alim Qasımov, ZülfiyyəXanbabayeva, Brilliant Dadaşova, əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyev və bəstəkar Vaqif Gərayzadə də toyda olacaq. Toyda həmçinin uzun illərdən bəri qardaş Türkiyədə yaşayıb fəaliyyət göstərən model Günay Musayeva da iştirak edəcək. Xanım modelyer bu toyda məxsusi olaraq iştirak etmək üçün Bakıya gəlib.
Məlumat üçün bildirək ki, Elnur dayısı qızı ilə evlənəcək O həyat yoldaşı olacaq xanım üçün gəlin paltarını Fransadan sifariş etdirib. Öz istəyini nəzərə alıb nişanlısının adını açıqlamağı lazım bilmirik. Lakin onun 23 yaşı olduğunu müğənni özü açıqladı.
Elnur bal ayı barədə də açıqlama verdi: "Əslində istəyirik ki, Avropa şəhərlərinə yola düşək. Amma bilirəm ki, işim buna imkan verməyəcək. Təsəvvür edin ki, sabah dövlət tədbirində iştirak etməliyəm".
Sonda Elnur Azərbayacanın ən şorgöz müğənnisi adına layiq gördüyünə münasibət də bildirib: "Xahiş edəm, mənə belə deməyin. Axı mən belə tanınmamışam. Bu, yalandır"
Biz də öz adımızdan Elnuru təbrik edirik. Allah xoşbəxt eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB