Müğənni Rəhim Rəhimli özünü türk ulduzu Murat Boza oxşadır?

Müğənni Rəhim Rəhimli özünü türk ulduzu Murat Boza oxşadır?

Söz və musiqisi özünə məxsus olan mahnıları ilə hər zaman dinləyicilərini maraqda qoyan bəstəkar-müğənni Rəhim Rəhimli qonşu Türkiyə şou-biznesinə qatılmaqdan gözünü çəkib. Sənətçi SİA-ya verdiyi açıqlamasında israrla bildirdi ki, o, öz vətənində birinci olmaq arzusundadır: "İstanbulda fəaliyyət göstərən musiqi şirkətlərinin birindən müqavilə bağlamaq üçün təklif almışam. Amma, şərtləri öyrənmədən yox cavabı verdim. Nəsə istəmirəm artıq qürbətdə yaradıcılıqla məşğul olmağa. Xarici şou-biznesdə axırıncı olmaqdansa, öz vətənimdə birinci olmağım daha məqsədəuygündur".

Rəhim səhnə performansını türk ulduzu Murat Boza bənzədənləri də cavabsız qoymadı: \"Nə danışırsız, Murat hara, mən hara. Biz zahiri görünüş etibarı ilə tamam başqa-başqa insanlarıq. Ola bilər ki, repertuarımızda oxşar eyniliklər olsun. Bilirəm bu suallar haradan qaynaqlanır. Ən son mahnım olan "Nanə"də etdiyim bəzi boğazlar Muradın səs çalarlarına oxşayır. Rica edirəm pərəstişkarlarımdan məni bu müğənniyə oxşatmasınlar. İnanın qanım qaynamır bu ifaçıya".

Bütün xəbərlər Facebook səhifəmizdə